Bütün dünyanın bəlasına çevrilən Covid-19 pandemiyasının Respublikamızda yayıldığı vaxtdan vətəndaşlarımızın sağlamlığı dövlətimizin diqqət mərkəzində olmuşdur. İlk vaxtdan Azərbaycan Ümumdünya Səhiyə Təşkilatına üzv olaraq verilən tövsiyə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Məhz buna görə də, ölkəmiz nümunəvi bir dövlət kimi bütün dünyaya örnək olaraq göstərilmişdir. COVİD-19 pandemiyasına qarşı mübarizədə qarşıya qoyulan 3 əsas tələb hesab edilən sosial məsafənin qorunması, tibbi maskalardan istifadə, əllərin tez-tez dezenfeksiya edilməsi ilə yanaşı, Ümumdünya Səhiyə Təşkilatı tərəfindən ciddi tənzimləyici orqanlar olaraq təyin olunan qurumlardan təcili istifadə təsdiqi və müntəzəm istifadə təsdiqi olan ilk COVİD-19 peyvəndinin həyata keçirilməsidir. Bu peyvəndin xəstəliyin qarşısının alınmasında 95 faiz təsirli olduğu təsdiq edilmişdir. Dövlətimiz tərəfindən xalqımızın sağlamlığı ön plana alınaraq, Çin istehsalı olaraq Koronavaç və Sinoviç vaksinləri ölkəmizə gətirilərək peyvəndlənmə işi sürətlə həyata keçirilmişdir. Respublikamızda ilkin olaraq, yaşı 65-dən yuxarı olan şəxslərin daha sonra isə həkimlərin, dövlət qulluqçularının, müəllimlərin peyvəndlənməsi həyata keçirilmişdir. Hər birimiz dövlətimiz tərəfindən həyata keçirilən peyvəndlənmə aksiyasında fəal iştirak etməliyik. Bununla həm özümüzü, həm yaxınlarımızı, bütövlükdə isə cəmiyyətimizi qorumuş olarıq. Nəticədə isə, özümüzün əvvəlki sərbəst həyatımızı təmin etmiş olarıq. Akif Rüstəmov,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi